RU

Qərbin hazırladığı xaos PLANI: “Gürcüstan hökuməti təzyiqlərə boyun əyməyəcək”

“Qərbin oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə edəcəyi gözləniləndir. Çünki bir müddət öncə Gürcüstan hökuməti “Xarici təsirlərin şəffaflığı” haqqında qanunu qəbul edən zaman Qərb açıq-aşkar Tbilisi administrasiyasını təhdid etdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi təhlilçi Qərbin oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxiləsi ilə bağlı səslənən iddiaları şərh edib.

Onun sözlərinə görə, Tbilisidəki iğtişaşlar ərəfəsində istər Avropa İttifaqı, istərsə də Birləşmiş Ştatların ən yüksək səviyyəli rəsmilərinin Gürcüstan hökumətini təhdid etdiyini gördük:

“Eyni zamanda, aksiyalar zamanı bir sıra Avropa ölkələrinin nazirləri etirazlarda iştirak etdilər. Bu, təbii ki, ilk öncə, beynəlxalq hüquqa hörmətsizlik və Gürcüstanın daxili işlərinə qarışmaq idi.

Qərb ondan narahatdır ki, Gürcüstan hökuməti baş verən geosiyasi dəyişiklik fonunda öz xarici siyasətində dəyişlikliyə gedib. Hətta bir sıra ölkələrdə də bunu görmək olar. Rəsmi Tbilisi düşünür ki, Rusiya ilə yaxınlaşmaqla strateji cəhətdən doğru qərar verib və belə olan təqdirdə, gələcəkdə ərazi bütövlüyü məsələsini də həll edə bilər”.

“Əlbəttə ki, alt qatlarda Rusiya və Gürcüstanın komissiyaları işləyirlər və bir sıra razılaşmalar da mövcuddur. Qərb isə hesab edir ki, Gürcüstanın Rusiya ilə yaxınlaşması onun uzun illər Gürcüstanda formalaşdırdığı rıçaqların sıradan çıxmasına və beləliklə də bölgədəki dayaqlarının ciddi şəkildə zədələnməsinə gətirib çıxaracaq. Ona görə də Qərb maksimum çalışacaq ki, seçkiöncəsi Gürcüstandakı rıçaqlarını işə salmaqla xaos yaratsın və beləliklə də hökuməti devirsin”, – deyə o, əlavə edib.

Ə. Zülfüqaroğlu onu da diqqətə çatdırıb ki, Qərbin sözügedən addımları açıq şəkildə görünən məsələdir:

“Amma Gürcüstan hökuməti də prosesləri görür, öz tədbirlərini alır və müəyyən hesablamalar apararaq, siyasətini dəyişir. Ona görə də Qərb tərəfindən Gürcüstana sanksiyaların tətbiq ediləcəyi, yaxud ölkədə xaosa cəhd və təzyiqlərin olacağı istisna edilmir. Fikrimcə, Gürcüstan hökuməti Qərbin təzyiqlərinə heç bir halda boyun əyməyəcək. Çünki hakimiyyət kifayət qədər gücə sahibdir və xaosa qarşı tədbirlər görüb. Beləliklə də Gürcüstanda hakimiyyətin devrilməsi və yaxud digər planlarının baş tutma ehtimalı azdır”.

Rafi Müslümov

Избранный
62
14
yenicag.az

10Источники