RU

“700 bal toplayanlara savadlı demək olmaz” – Sabiq nazirdən GÖZLƏNİLMƏZ CAVAB

“700 bal toplayana yüksək savadlı demək olmaz”.

Bu sözləri Azərbaycanın keçmiş Təhsil naziri Misir Mərdanov deyib.

Bəs, görəsən, 700 bal həqiqətən də savadlılıq meyarı kimi qəbul edilməlidirmi?

KONKRET.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa referans.az-a açıqlamasında sabiq nazirin bu fikrinə münasibət bildirib.

“Nəinki 700 hələ 600-650 bal toplamaq hələ savadlı olmaq mənasına gəlmir. Mən onlarla bu cür bal toplamış lakin hətta 10 məşhur kitabı oxumamış, müəyyən mənada mütaliəsi olmayan insanlarla qarşılaşmışam. Belə insanlar adətən sadəcə test suallarını əzbərliyib və yaxud da bu sahədə mexaniki vərdiş əldə etmiş şəxslərdir. Savad isə təmamilə başqa bir anlayışdır. Bu yanaşma ilə təmamilə razıyam. Ümumiyyətlə, test sistemi insanın savadlı olmasına şərait yaradan sistem deyil, bu sadəcə müəyyən bir mərhələni keçmək üçündür. Savad isə bəlli bir sahələrdə insanın fundamental bilik əldə etmək imkanlarıdır. Bu imkanlar olmadıqca insanı savadlı adlandırmaq mümkün deyil”.

Deputat bildirib ki, yüksək bal toplamış insanların xeyli hissəsi adətən mexaniki, elementar, dünyagörüşünə aid olan məsələlərdə cavab verməkdə çətinlik çəkir. Bu şəxslər normal sual qoyub onun cavabını axtara bilmir və onlarda fəlsəfi biliklər olmur.

Təhsil eksperti Elçin Əfəndi də bu fikirlərə qatılıb. Eksperti fikrincə, 700 bal toplamaq hər zaman toplayanın savadlı olduğu anlamına gəlmir.

“Əlbəttə, biz 700 bal toplayan şəxsə məhz savadsız da deyə bilmərik. Onun potensial imkanları, proqrama bələd olması, ümumi fənnlər üzrə minimum savadının olması o deməkdir ki, həmin abituriyent həmin balı əldə edə bilib. Keçmiş Təhsil nazirini təbirinə əsaslanaraq biz, əslində həmin abituriyenti bir növ prosesdən kənar saxlayırıq və yaxud da onun əldə etdiyi nəticəni o qədər də yüksək qiymətləndirmirik. Bu isə mənə görə doğru deyil”.

Ekspert qeyd edib ki, əvvəlki dövrlə hazırki dövrü müqayisə etsək görə bilərik ki, kifayət qədər uğurlu islahatlar aparılır və bu islahatlar bütün təhsil pillələrinə şamil olunur.

“Hələ ki, istən bakalavr, istər magistratura, istərsə də doktorantura pilləsində tam olaraq istədiyimizi əldə edə bilmirik. Amma bu istiqamətdə də işlər görülür. Düşünürəm ki, gələcəkdə də daha müsbət nəticələr əldə olunacaq. Artıq demək olar ki, bütün imtahanlar mərkəzləşmiş qaydada və şəffaf formada keçirilir. Keçirilən bütün islahatların nəticəsinin tez bir zamanda görülməsi, təbii ki, mümkün deyil”.

Избранный
47
2
konkret.az

3Источники