Çin 1978-ci ildən bəri ilk dəfə pensiya yaşını artırmağa qərar verib, Banker.az bu barədə ProFinance saytına istinadən xəbər verir. Məlumata görə, pensiya yaşı kişilər üçün 60-dan 63-ə, qadınlar üçün isə 50 və 55-dən 55 və 58-ə qaldırılacaq.
Ölkənin ali qanunverici orqanı həmçinin işçilərin hüquqlarını qorumağa və yaşlılara qayğını yaxşılaşdırmağa çağırıb. Sənəddə vurğulanır ki, 2030-cu ildən etibarən çinli işçilər pensiya ödənişləri almaq hüququ əldə etmək üçün hesablarına daha çox töhfə verməlidirlər.
Ömür uzunluğunun əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, Çində pensiya yaşı dünyada ən aşağı olanlardan biridir. Dəyişikliklər nəticəsində qadınlar üçün pensiya yaşı adi işçilər üçün 55 yaşa, rəhbər vəzifələrdə çalışanlar üçün 58 yaşadək artırılacaq.
Proqnozlara görə, 2035-ci ilə qədər 65 yaşdan yuxarı insanların payı ümumi əhalinin 30%-ni təşkil edəcək. Xatırladaq ki, 2021-ci ildə bu rəqəm 14.5% olub.