RU

2 yaşlı körpə cinsi istismarın qurbanı oldu

Türkiyənin Təkirdağ bölgəsində beyin qanaması keçirən 2 yaşlı Sıla Yeniçərinin bədənində həkim müayinəsi zamanı döyülmə izləri aşkar edilib.

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, həkimlər uşağın bədəninə xəsarət yetirilməsi ilə bağlı polisə xəbər verib. 2 yaşlı Sıla Yeniçərinin anası hadisədə şübhəli bilinərək həbs edilib. İlkin dindirilmə zamanı Bakiyə Yeniçəri övladının döyülmədiyini, dəcəllik etdiyi zaman yıxıldığını deyib. Tekirdağ valisi isə hadisədə cinsi istismar şübhəsinin olduğunu və körpənin anası ilə birgə 4 nəfərində həbs ediləcəyini vurğulayıb.

Qeyd edək ki, hazırda 2 yaşılı Sılanın vəziyyəti ağırdır. Körpənin ölüm təhlükəsi davam edir.

Избранный
42
azedu.az

1Источники