RU

Fuad Nəcəflinin əlindən ancaq bu iş gəlir... - NARAZILIQ VAR...

Naxçıvanda vəziyyət heç də ürəkaçan deyil. Sakinlər Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəflinin idarəçiliyindən, daha dəqiqi səriştəsizliyindən giley edirlər. "DogruXeber.az" Dia-az.İnfo-ya istinadən xəbər verir ki, bu barədə etiraz səslərini daha çox sosial şəbəkələrdə ucaldan narazı Naxçıvan camaatı ölkə rəhbərliyindən Fuad Nəcəflinin yeni rəhbərliklə əvəzlənməsini də xahiş edirlər.Vəziyyət o həddədir ki, narazı naxçıvanlılar əslində daha betər durum olan - Vasif Talıbov dönəminin belə həsrətini çəkirlər. Bu barədə yazan sakinlərin müraciətində deyilir ki, nostaljiyaya başlıca səbəb Talıbovun dövründə heç olmasa qarınlarının tox olması, iş yerlərinin olması idi...Sakinlərin müraciətində deyilir:"Yazıq naxçıvanlılar rəsmən represiyadayıq... Bu nə işdir? Bizim bəxtimiz niyə gətirmir? Qarabağ azad oldu... Naxçıvan nəinki 30 il... heç indi də azad hiss etmir özünü... Sədrin zamanında görülən işlər yarımçıq qalıb. Davam etdirilməliydi, etmirlər. Çünki yeni gələnləri ancaq pul maraqlandırır...Çünki Naxçıvana təyin olunan bu yeni hakimiyyət heç bir iş bacarmır. Yaxşı qoyasan kostyum geyinib, qalstuk vurub tellərini də Mahsum Qırmızıgülün teli kimi darayıb muzeyləri gəzələr... Başqa heç bir iş bilmirlər..."

Избранный
29
2
dogruxeber.az

3Источники