RU

Bakıda tikinti şirkəti sakinləri evlərindən məcbur çıxarır

Bakının Nizami rayonunda tikinti şirkəti sakinlərə "qan uddurur". Cia.az xəbər veir ki, bu barədə "Sputnik Azərbaycan"a Nizami rayonu Kamil Balakişiyev küçəsində yaşayan sakinlər məlumat verib.
Sakinlər bildiriblər ki, "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi sakinləri illərdir yaşadığı mənzildən məcburən çıxmağa vadar edir. MTK binanın qəzalı olduğunu bəhanə edib Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaları, eləcə də onların həyətindəki ikimərtəbəli uşaq bağçasını, qazanxananı, qeyri-yaşayış obyektlərini sökmək barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığa gəlib.
Sakinlərin dediyinə görə, tikinti şirkəti binanın qəzalı olduğunu bəhanə gətirərək sakinləri öz şərtləri ilə razılaşmağa məcbur edir. Halbuki Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyində binanın qəzalı olduğuna dair bir kəlmə də yazılmayıb:
"Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyinə əsasən, Nizami rayonu, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir".
Sakinlərin agentliyə təqdim etdiyi rəydə də binanın texniki cəhətdən məhdud-işlək vəziyyətdə olduğu qeyd olunub. Sakinlər 1960-cı ildə inşa olunmuş binalarda zəlzələdən sonra çatların belə yaranmadığını, binanın texniki vəziyyətindən narazı olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, sadəcə, olaraq tikinti şirkəti kommersiya məqsədilə yeni binalar inşa etmək üçün ərazidəki binaları sökmək istəyir.

Избранный
44
4
cia.az

10Источники