RU

Çin indi də Almaniya ilə Tayvan qalmaqalı yaşayır

Alman hərbi gəmilərinin Tayvan boğazından keçməsi təhlükəsizlik riskləri yaradır. Bunu Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Li Xi bildirib.

"Almaniya tərəfinin hərəkətləri təhlükəsizlik riskləri yaradır və yalan siqnallar göndərir",- o deyib.

Li Xinin sözlərinə görə, Çin silahlı qüvvələri xarici qüvvələrin təhdid və təxribatlarına qarşı durmaq üçün yüksək döyüş hazırlığını saxlayır. Şərq Döyüş Komandanlığı Zonası insidentə cavab olaraq alman gəmilərinin Tayvan boğazından keçməsinə nəzarət etmək üçün dəniz və hava qüvvələrini hazır vəziyyətdə saxlayıb.

Sentyabrın 8-də “Spiegel” jurnalı yazmışdı ki, Almaniyanın “Baden-Württemberg” freqatı və "Frankfurt am Main" hərbi dəstək gəmisi Çinin etirazlarına baxmayaraq, bu ay Tayvan boğazından keçəcək.

Tural

Избранный
63
7
news365.az

7Источники