RU

Çin Almaniyanı hədələdi

Reuters xəbər verir ki, Çin şənbə günü iki Alman donanmasının gəmisinin Tayvan boğazından keçməsini pisləyib və bunun təhlükəsizlik risklərini artırdığını və "yanlış" mesaj göndərdiyini bildirib.


Çinin Şərq Hərbi Dairəsinin komandanlığına əsasən, onların qüvvələri alman gəmilərini izləyib və onlara xəbərdarlıq edib.

Tayvanı öz ərazisi hesab edən Çin, boğaz üzərində suverenlik və yurisdiksiyanı tək onun həyata keçirdiyini iddia edir. ABŞ və Tayvan, dünyanın konteyner gəmilərinin təxminən yarısının keçdiyi əsas ticarət yolu olan boğazın beynəlxalq su yolu olduğunu iddia edirlər.

Çin komandanlığı iki gəminin keçidinin “ictimai təbliğat” olduğunu vurğuladı.

"Almaniya tərəfinin davranışı təhlükəsizlik risklərini artırır və yanlış siqnal göndərir. Qoşunlarımız daim yüksək hazırlıq vəziyyətindədir və istənilən təhdid və təxribatlara qətiyyətlə müqavimət göstərəcək", - deyə məlumatda bildirilir.

Çinin Almaniyadakı səfirliyi ayrıca bəyanatda bildirib ki, Tayvan məsələsi “naviqasiya azadlığı” məsələsi deyil, Çinin suverenliyi və ərazi bütövlüyü məsələsidir”.

Səfirlik əlavə edib ki, Tayvan boğazı Çin sularıdır və “beynəlxalq sular” ümumiyyətlə mövcud deyil”.

Çin Almaniyanı ikitərəfli münasibətlərin sağlam və sabit inkişafına xələl gətirə biləcək hər hansı “müdaxilədən” çəkinməyə çağırıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
7
oxu24.com

8Источники