“Sağlamlığa Xidmət” İctimai Birliyinin təşəbbüsü ilə COP29-da iştirakı planlaşdırılan bir qrup beynəlxalq təşkilatın nümayəndələri ilə görüş keçirilib.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 9 həmfikir QHT qrupunun iqlim maliyyəsi üzrə nümayəndələri və Beynəlxalq İqlim Hərəkatının (CAN) nümayəndələri, həmçinin COP29-da iştirak etməyə hazırlaşan bir qrup yerli QHT iştirak edib.
Görüş çərçivəsində Konvensiyadan və Paris Sazişindən irəli gələn öhdəliklərin həyata keçirilməsində müşahidəçilərin rolu, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alan ədalətli iqlim maliyyəsinin bölüşdürülməsinə nail olmağın yolları üzrə müzakirə aparılıb. Görüşdə COP29 zamanı beynəlxalq-regional təşkilatlar və xarici QHT-lərin planlaşdırdıqları tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycanın Fəaliyyət Gündəliyi (Action Agenda) haqqında xarici QHT-lərə məlumat verilib.
COP29 iqlim konfransına hazırlıq çərçivəsində sentyabrın 9-dan 12-dək Bakıda keçirilən ekspertlərin 11-ci Texniki Ekspert Dialoqu (TED11) və İqlim Maliyyəsində Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) üzrə Xüsusi İşçi Qrupunun 3-cü iclası məqsədilə ölkəmizə 30-a yaxın xarici təşkilat nümayəndəsi səfər edib