RU

Krivotsyukun komandası “Seul”u səfərdə məğlub etdi

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun forma geyindiyi “Daejeon Hana Sitizen” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Cənubi Koreya çempionatının (K Liqa 1) 2024 mövsümünün 30-cu turu çərçivəsində bu gün “Seul”la qarşılaşıb.

Krivotsyukun komandası səfərdə baş tutan bu görüşdən qələbə ilə ayrılıb – 3:2.

Anton bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvünün adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.

“Daejeon Hana Sitizen” 30 turdan sonra topladığı 34 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda 30 oyunda 8 qələbə qazanıb, 10 heç-heç edib, 12 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 54 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 37 matça çıxıb, 1 qola imza atıb.

Избранный
96
2
arena.az

10Источники