RU

Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub

"ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır".

seher.media xəbər verir ki, bu barədə "Reuters" Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.

Trampın seçki kampaniyasının nümayəndəsi Stiven Çunq bildirib ki, ona yaxın ərazidən atəş açılıb və hazırda Trampın heç bir həyati təhlükəsi yoxdur.

Qeyd olunub ki, atəş açılan zaman keçmiş prezident Uest Palm Biçdəki öna məxsus beynəlxalq qolf klubunda qolf oynayıb. Klub dərhal bağlanıb.

Baş verən atışmada şübhəli bilinən şəxs saxlanılıb.

Xatırladaq ki, iyulun 14-də də ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb. Tramp qulağından yaralanıb.

Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
20
seher.media

10Источники