RU

Gürcüstanda etiraz aksiyası keçirilir - Bu, xəyanətdir...

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvili ölkənin eks-prezidenti Mixail Saakaşvilini Cənubi Osetiyada kənardan sifarişlə müharibəyə başlamaqda ittiham edib.Mediaxeberleri.Az TASS-a istinadən xəbər verir ki, 100-dən çox vətəndaş İvanişvilinin bu bəyanatına qarşı Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirir.Etirazçılar İvanişvilinin sözlərini ölkəyə və 2008-ci ilin avqustunda həlak olan gürcü əsgərlərinə qarşı xəyanət hesab edirlər. Vətəndaşların sözlərinə görə, İvanişvili bu bəyanatı ilə Gürcüstanı müharibədə günahkar kimi tanıyıb və əsgərlərin qəhrəmanlığını dəyərsizləşdirib.Qeyd edək ki, ötən günlərdə İvanişvili eks-prezident Saakaşvilini kənardan gələn sifarişlə Cənubi Osetiyada müharibəyə başlamaqda ittiham edib və deyib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra “müharibənin qızışdıranlar" və gürcü-osetin dostluğunun məhv edilməsində günahkar olanların hamısı cavab verəcək.Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
1
mediaxeberleri.az

5Источники