RU

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®ABŞ dolların mümkün ucuzlaşma ehtimalları fonunda major valyutaların dollar qarşısında yüksəldiyi, davam edən geosiyasi risklərin qızılı bahalaşdırdığı bir həftədən sonra, cari həftədə diqqətlər mərkəzi banklara yönələcək. Beləki, Türkiyə, Yaponiya və İngiltərə Mərkəzi Banklarının, ABŞ Federal Ehtiyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin faiz qərarları birjalarda tendensiyaların əsas istiqamətləndirici gücü ola bilər.

Zəngin iqtisadi təqvim ilə xarakterizə edilə biləcək bu həftə ərzində, Avrozonada, İngiltərədə və Yaponiyada İstehlak Qiymətləri İndeksi, Almaniyada, İsveçrədə İstehsal Qiymətləri İndeksi göstəriciləri, Avrozonada və Almaniyada ZEW Cari Vəziyyət və İqtisadi Həssaslıq İndeksləri, Amerikada Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi göstəriciləri, həmçinin, Avropa Mərkəzi Bankının sədri K.Laqardın və Kanada Mərkəzi Bankının sədri Maklemin çıxışları investorların diqqət mərkəzində olacaq.

EUR

Cari həftə ərzində Avrozonada İstehlak Qiymətləri İndeksi, ZEW İqtisadi Həssaslıq İndeksi, Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada İstehsal Qiymətləri İndeksi, eləcə də ZEW Cari Vəziyyət və İqtisadi Həssaslıq İndeksləri, həmçinin AMB sədri K.Laqardın çıxışı avronunu dünya birjalarındakı qiymətlərinə yön verə bilər.

Ötən həftəyə 1.1080 səviyyəsində start verən EURUSD məzənnəsi ucuzlaşaraq 1.1000 həddini test etsə də, buradan dəstək taparaq bahalaşdı və həftəlik şamını 1.1070 həddində bağladı.

“Buğalar” qiyməti 1.11$ həddinin üzərinə qaytara və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

GBP

Cari həftənin cümə axşamı günü İngitərə Mərkəzi Bankının (BoE) faiz qərarı və bank sədri Endryu Beylinin çıxışı GBPUSD məzənnəsində tendensiyanın gedişində həll edici rol oynaya bilər. Qeyd edək ki, BoE-nin uçot faiz dərəcəsini dəyişməyəcəyi ehtimal olunur.

Ötən həftəyə 1.3110 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.30$ həddinə kimi ucuzlaşsa da, buradan dəstək görərək bahalaşdı və həftəlik şamını 1.3120 səviyyəsində tamamladı.

OİLUK

Ardıcıl 4 həftə ucuzlaşan “Brent” nefti (OİLUK) ötən həftəyə 72.40$ səviyyəsində başlasa da,  eniş tendensiyasını davam etdirdi və 69.40$ həddini test etdi. Lakin, Amerika sahillərində baş verən qasırğanın hasilatın azlamasına səbəb olacağına dair qorxular fonunda bahalaşdı və həftəni 72.70$-da başa vurdu.

OİLUK-də “buğalar” qiyməti 75$-ın üzərinə qaytara və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

XAUUSD

Ötən həftəyə 2497$ səviyyəsindən başlayan və 2486$-a kimi ucuzlaşan qızıl, FED-in faiz endirimi ehtimalları fonunda kəskin bahalaşdı və 2586$-a kimi yüksəldi. “Buğalar” qiyməti 2570$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

___________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Избранный
7
1
banker.az

10Источники