RU

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

ABŞ dolların mümkün ucuzlaşma ehtimalları fonundamajor valyutaların dollar qarşısında yüksəldiyi, davam edəngeosiyasi risklərin qızılı bahalaşdırdığı bir həftədən sonra, carihəftədə diqqətlər mərkəzi banklara yönələcək. Beləki, Türkiyə,Yaponiya və İngiltərə Mərkəzi Banklarının, ABŞ Federal EhtiyatlarSistemi Federal Açıq Bazar Komitəsinin faiz qərarları birjalardatendensiyaların əsas istiqamətləndirici gücü ola bilər.

Zəngin iqtisadi təqvim ilə xarakterizə edilə biləcəkbu həftə ərzində, Avrozonada, İngiltərədə və Yaponiyada İstehlakQiymətləri İndeksi, Almaniyada, İsveçrədə İstehsal Qiymətləriİndeksi göstəriciləri, Avrozonada və Almaniyada ZEW Cari Vəziyyətvə İqtisadi Həssaslıq İndeksləri, Amerikada Filadelfiya FED-dənBiznes Aktivliyi İndeksi göstəriciləri, həmçinin, Avropa MərkəziBankının sədri K.Laqardın və Kanada Mərkəzi Bankının sədri Makleminçıxışları investorların diqqət mərkəzində olacaq.

EUR

Cari həftə ərzində Avrozonada İstehlak Qiymətləriİndeksi, ZEW İqtisadi Həssaslıq İndeksi, Avropanın ən böyükiqtisadiyyatına sahib olan Almaniyada İstehsal Qiymətləri İndeksi,eləcə də ZEW Cari Vəziyyət və İqtisadi Həssaslıq İndeksləri,həmçinin AMB sədri K.Laqardın çıxışı avronunu dünya birjalarındakıqiymətlərinə yön verə bilər.

Ötən həftəyə 1.1080 səviyyəsində start verən EURUSDməzənnəsi ucuzlaşaraq 1.1000 həddini test etsə də, buradan dəstəktaparaq bahalaşdı və həftəlik şamını 1.1070 həddində bağladı.

“Buğalar” qiyməti 1.11$ həddinin üzərinə qaytara və buhəddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edəbilər.

GBP

Cari həftənin cümə axşamı günü İngitərə MərkəziBankının (BoE) faiz qərarı və bank sədri Endryu Beylinin çıxışıGBPUSD məzənnəsində tendensiyanın gedişində həll edici rol oynayabilər. Qeyd edək ki, BoE-nin uçot faiz dərəcəsini dəyişməyəcəyiehtimal olunur.

Ötən həftəyə 1.3110 səviyyəsində başlayan GBPUSDməzənnəsi 1.30$ həddinə kimi ucuzlaşsa da, buradan dəstək görərəkbahalaşdı və həftəlik şamını 1.3120 səviyyəsində tamamladı.

OİLUK

Ardıcıl 4 həftə ucuzlaşan “Brent” nefti (OİLUK) ötənhəftəyə 72.40$ səviyyəsində başlasa da, eniş tendensiyasını davametdirdi və 69.40$ həddini test etdi. Lakin, Amerika sahillərindəbaş verən qasırğanın hasilatın azlamasına səbəb olacağına dairqorxular fonunda bahalaşdı və həftəni 72.70$-da başa vurdu.

OİLUK-də “buğalar” qiyməti 75$-ın üzərinə qaytara vəburada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

XAUUSD

Ötən həftəyə 2497$ səviyyəsindən başlayan və 2486$-akimi ucuzlaşan qızıl, FED-in faiz endirimi ehtimalları fonundakəskin bahalaşdı və 2586$-a kimi yüksəldi. “Buğalar” qiyməti 2570$həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası dahakəskin xarakter ala bilər.

Избранный
31
6
az.trend.az

10Источники