2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 3 milyon 357 min ABŞ dolları dəyərində 3 min 730 ton nar ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata əsasən nar ixracı bu ilin səkkiz ayında ötən illə müqayisədə dəyər ifadəsilə 4 milyon 750 min manat və ya 2,4 dəfə, miqdar ifadəsilə 2 min 497 ton və ya 40,1% azalıb.
Azərbaycandan 2023-cü ilin eyni aylarında 8 milyon 107 min dollar dəyərində 6 min 227 ton nar ixrac edilmişdi.
Bu ilin 8 ayının nəticələrinə görə 1 kq narın ixracı 1 manat 53 qəpik, ötən ilin müvafiq dövründə 2 manat 21 qəpik təşkil edib. Bu da orta ixrac qiymətinin 68 qəpik və ya 31% azalması deməkdir.