RU

"Barselona"nın futbolçusu ZƏDƏLƏNDİ

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Dani Olmo V turda "Jirona" ilə oyunda zədələnib.

Gundem.az AS-a istinadən xəbər verir ki, Ktaloniya təmsilçisinin 4:1 hesablı qələbə qazandığı görüşdə bir qol müəllifi olan milli üzvü 61-ci dəqiqədə bud nahiyəsindən aldığı zədədən sonra əvəzlənib.

O, bu səbəbdən təxminən iki həftə sıradan çıxa bilər. 26 yaşlı yarımmüdafiəçinin "Barselona"nın UEFA Çempionlar Liqasında "Monako" və İspaniya çempionatında "Vilyarreal" komandalarına qarşı oyunları buraxacağı gözlənilir.

Qeyd edək ki, D.Olmo "Barselona"ya 2024-cü ilin avqustunda "Leyptsiq"dən transfer olunub. Yarımmüdafiəçi kataloniyalıların heyətində meydana çıxdığı 3 oyunda 3 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
6
gundem.az

10Источники