“Bizə müharibə elan etsələr...” - Hizbullah İsraili hədələdi
Hizbullah baş katibinin müavini Naim Kasım İsrailə müharibə elan etməyi planlaşdırmadıqlarını, lakin İsrailin bunu edəcəyi təqdirdə cavab verəcəklərini bildirib.Livanın paytaxtı Beyrutda təşkil edilən mərasimdə çıxış edən N. Kasım Netanyahunun müharibə təhdidindən qorxmadıqlarını və bu təhlükənin Qəzzaya dəstək olmalarına mane olmayacağını bildirib“Müharibə etmək planımız yoxdur, çünki bunun bir xeyir verəcəyini düşünmürük. Lakin İsrail müharibə elan edərsə, müharibə ilə cavab verəcəyik və itkilər həm bizim, həm də onlar üçün böyük olacaq. Əgər israillilər düşünürlər ki, şimaldakı döyüş bölgədəki evlərini tərk edən 100 min insanı geri gətirəcək, bu, olmayacaq. Sizə əvvəlcədən deyim ki, onlar yüz minlərlə insanın daha uzun müddətli miqrasiyasına hazır olmalıdırlar. Şimaldakılar evlərinə qayıtmasından, Qəzza müharibəsinin sona çatmasından başqa çıxış yolu yoxdur”,-deyə o, qeyd edib.
Xəbərin oxunma sayı :
163
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта