“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik Floridada ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampa qarşı sui-qəsd cəhdini şərh edərkən bildirib.
“Keçmiş prezidentin sağ-salamat olmasına və hüquq-mühafizə orqanlarının cəld hərəkətə keçməsinə təbii ki, sevinirik. Biz, əlbəttə ki, siyasi zorakılığın istənilən formasını pisləyirik”, - deyə o bildirib.