RU

İsrailə atılan hipersonik raketləri kimə aiddir?

İran Prezidenti Məsud Pezeşkian Yəməndə İranın dəstəklədiyi husilərin İsrailə qarşı hücumda istifadə etdiklərini iddia edilən hipersonik raketlərinin İrana aid olduğu iddiasını təkzib edib.

“Cebheinfo.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, husilər İsrailə atılan raketin hipersonik olduğunu iddia edərkən, Pezeşkian, "Bir adamın İrandan Yəmənə getməsi bir həftə çəkirsə, bu raket ora necə gedə bilər? Bizdə Yəmənə verəcək belə raketlər yoxdur” deyib. 

İran Prezidenti Pezeşkian Ukrayna ilə müharibədə İranın Rusiyaya raketlər verməsi ilə bağlı iddiaları da rədd edib.

Pezeşkian deyib ki, onun hökuməti işə başlayan bu ilin avqustundan Rusiyaya heç bir silah daşınması olmayıb.

Pezeşkiyan çıxışında Vaşinqtonla birbaşa danışıqların aparıla biləcəyinə də işarə edib. 

İsrail ordusu verdiyi açıqlamada Yəməndən atılan ballistik raketin ölkənin mərkəzi bölgəsini hədəf aldığını açıqlayıb.

Xatırladaq ki, husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri yeni hipersonik ballistik raketlə İsrailə qarşı hücum həyata keçirdiklərini açıqlamışdı.

Избранный
35
6
cebheinfo.az

5Источники