RU

Türkiyə rəsmisi Ermənistanla sülhün şərtlərini açıqlayıb

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması "Zəngəzur dəhlizi”nin açılmasına töhfə verəcək, bu da öz növbəsində Azərbaycandan Türkiyə vasitəsilə Avropaya birbaşa nəqliyyat əlaqələrini təmin edəcək. Bunu Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın çərşənbə axşamı Bakıda keçirilən təhlükəsizlik forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilk növbədə bütün Cənubi Qafqaz regionunun inkişafını təmin edəcək.

"Ölkələr arasında davamlı sülh Zəngəzur dəhlizinin açılmasına töhfə verəcək”. Bu da öz növbəsində Azərbaycan-Ermənistan-Naxçıvan Muxtar Respublikası -Türkiyə-Avropa marşrutu üzrə birbaşa nəqliyyat əlaqələrini təmin edəcək”, - Kalın bildirib.
 
N.Təbrizli

www.anews.az
Избранный
198
3
anews.az

10Источники