Olaylar xəbər verir ki, bu barədə "NBC" "Meta" nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.
"Məsələni diqqətlə nəzərdən keçirdikdən sonra biz Rusiya dövlət mediasına qarşı tədbirlərimizi genişləndirmişik. "Russia Today", "RT" və digər əlaqəli təşkilatlar xarici müdaxilə cəhdlərinə görə indi bütün dünyada tətbiqlərimizdə bloklanıb", - deyə "NBC" korporasiyanın bəyanatına istinadən xəbər verir.
"RT", "Sputnik" və "RİA Novosti"nin səhifələri artıq "Facebook"da ("Meta"ya məxsusdur) mövcud deyil. "Bu məzmun hazırda əlçatan deyil. Sahib məzmunu silmiş və ya ona girişi məhdudlaşdırmış ola bilər", - deyə bu medianın səhifələrini açmağa çalışdığınız zaman görünən mesaj bildirir.
"Meta" hələ Rusiya mətbuatının məsələ ilə bağlı sorğusuna cavab verməyib.
ABŞ Maliyyə Nazirliyi sentyabrın 4-də "RT" telekanalının baş redaktoru Marqarita Simonyan və onun iki müavininə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bundan əlavə, ABŞ Dövlət Departamenti "Russia Today", "RİA Novosti", "RT", "TV-Novosti", "Ruptly" və "Sputnik" media qrupu ilə bağlı əməliyyat qaydalarını sərtləşdirir.
Rusiya Xarici İşlər Nazirliyinin departamentin rəsmi saytında "Rusiyaya qarşı repressiyalar" bölməsində dərc olunan statistik məlumatlara əsasən, 2022-ci ildən bəri kollektiv Qərb adlanan ölkələr Rusiya mediasına və jurnalistlərə qarşı 150-yə yaxın müxtəlif məhdudiyyətlər tətbiq edib.