RU

"Meta” şirkəti Kreml ruporları Simonyan  və Kiselyovun hesablarını blokladı... -“Fox News”

“Meta” Korporasiyası “RT”, “Rossiya Seqodnya” media qrupunun və “əlaqədar təşkilatların” öz platformalarındakı hesablarını bloklayıb.
 
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə şirkətin bəyanatına əsasən “Fox News” məlumat yayıb.
 
 “Meta” “Facebook” və “Instagram” sosial şəbəkələrinin, “Threads” tətbiqinin və “WhatsApp” messencerinin sahibidir.
 
"Diqqətlə nəzərdən keçirdikdən sonra biz Rusiya dövlət mediasına qarşı tədbirlərimizi genişləndirdik", deyən “Meta” sözçüsü, "xarici müdaxilə" cəhdləri səbəbindən bütün dünyada şirkətin tətbiqlərində hesabların əlçatmaz hala gəldiyini qeyd edib.
 
Qərar ABŞ-nin “Rossiya seqodnya” media qrupu və onun rəhbəri, teleaparıcı Dmitri Kiselyova qarşı sanksiyalar tətbiq etməsindən və noyabrın 13-dək onlarla bütün maliyyə əməliyyatlarını dayandırmağı əmr etdikdən az sonra elan edilib.
 
“RT” və onun baş redaktoru Marqarita Simonyan və bir neçə top menecer də “Rusiya hökumətindən gizli mesajlar” olan məzmunun yaradılmasında və Amerika auditoriyasına yayılmasında iştirak etdiklərinə görə sanksiyaya məruz qalıblar.
 
ABŞ səlahiyyətlilərinə görə, "RT" "zərərli təsir kampaniyasını dəstəkləmək üçün Amerika təsir dairələrini gizli şəkildə cəlb etməyə" çalışır. 
 
ABŞ dövlət katibi Blinken ölkəsinin “RT-nin və digər Rusiya təsir və dezinformasiya vasitələrinin yaratdığı təhlükəyə cavab vermək üçün dünya üzrə tərəfdaşları birləşdirmək” üçün Kanada və Britaniya ilə birgə kampaniyaya başladığını açıqlayıb.
 
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-nin hərəkətlərinin informasiyaya sərbəst çıxışın və media plüralizminin təmin edilməsi sahəsində üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu bəyan edib və əks tədbirlər görəcəyini vəd edib.
 
S.Laçın
 
Избранный
124
19
moderator.az

10Источники