RU

Bakı metrosu yeraltı sulardan texniki su kimi istifadə ilə bağlı yeni layihələr həyata keçirəcək

“Bakı Metropoliteni” QSC yeraltı sulardan texniki su kimi istifadə etmək üçün yeni layihələr həyata keçirəcək.

Bu barədə açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metroda yeraltı suların məkanı olduğu üçün burada gölməçələr çoxdur: “Metropoliten tunellərində formalaşan qrunt sularının yerüstü sahəyə çıxarılaraq səmərəli istifadə olunması məqsədilə “Nizami” stansiyası yaxınlığında nümunəvi layihə həyata keçirilib. Görülən işlərin davamlı olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə də yeni eynitipli layihələr düşünülüb. Bundan sonrakı dövrdə də bu istiqamətdə fəaliyyət göstəriləcək”.

B. Məmmədov qeyd edib ki, metroda toplanan yeraltı sulardan texniki su kimi ağacların sulanmasında, şəhərin yuyulma və təmizlənməsində istifadəsinin genişləndirilməsi çox mühüm layihədir və bu həm də suya qənaət edilməsinə də səbəb olur.

“Bakı metrosunun özündə sudan qənaətlə istifadə edilməsi məqsədilə də bir sıra layihələr həyata keçirilib. Bunlara istehsalat sahələrinin tələbatı nəzərə alınaraq suların optimal qaydada bütün sahələrə çatdırılmasını, bununla bağlı bütün sistemin yenidən qurulmasını, yeraltı sulardan səmərəli şəkildə texniki su kimi istifadə edərək vaqonların yuyulması, ağacların suvarılması və başqa bir sıra layihələr daxildir”, – deyə o, vurğulayıb.

QSC rəsmisi diqqətə çatdırıb ki, metropolitendə Bakının eko-mühitinə təsir edən ən böyük layihələrdən biri kimi “Xocasən” elektrik deposunun istifadəyə verilməsini söyləmək olar: “Bu ərazi – təxminən 24 hektarlıq ərazi, depo istifadəyə verilənə qədər tullantılar məkanı idi. Həmçinin burada gölməçələrin yaranması antisanitar mühitin, ekoloji tarazlığın əsaslı şəkildə pozulmasına səbəb olurdu. Bu gün həmin ərazi tullantılardan təmizlənib və depo inşa edilib. Artıq eko-mühitə neqativ təsir göstərən gölməçələr yoxdur və xüsusilə də ərazidə abadlaşdırma işlərinin aparılması, 2 000-ə yaxın ağacın əkilməsi, görülən yaşıllaşma tədbirləri Xocasən qəsəbəsində ekoloji tarazlığın bərpa olunması istiqamətində ən böyük layihələrdən biridir”.

Избранный
116
22
banker.az

10Источники