RU

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.

Mərkəzi Bank uçot dərəcəsini yenidən 7,25% müəyyən edib. AMB faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.

Mərkəzi Bankdan qeyd edilib ki, əvvəlki iclasdan bəri illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 3%, qeyri-ərzaq malları üzrə 1.8%, xidmətlər üzrə 5.6% təşkil edib. İllik baza inflyasiya isə 2.4% olub.

İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2.8%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
40
7times.az

10Источники