Milli Musiqi Günündə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları Üzeyir Hacıbəylinin, Xan qızı Xurşidbanu Natəvanın və Bülbülün güllələnmiş heykəllərini ziyarət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov paylaşım edib.
Qeyd olunub ki, heykəllərin önünə gül dəstələri qoyulub, onların əziz xatirələri dərin hörmətlə anılıb.