Moskvanın mərkəzində “Wildberries” şirkətinin baş ofisində silahlı insident baş verib.
TASS xəbər verir ki, bu barədə məlumatı şirkət sahibi Tatyana Bakalçuk təsdiqləyib.
Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Xəsarət alanların vəziyyəti barədə dəqiq məlumat yoxdur.
“RİA Novosti” xəbər verir ki, hadisə ilə bağlı 10 nəfər saxlanılıb.