RU

Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş olub

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Qazaxıstanın Baytursunlu adına Dil və Ədəbiyyat İnstitutunun Fonetika bölməsinin baş araşdırmaçısı akademik Zeynəb Bazarbayeva, elmlər doktorları Aysaule Amanbayeva, Zhanar Zhumbayeva, Aynur Karşıgayeva və gənc tədqiqatçı Nazgül Ospanqaziyeva iştirak ediblər.

Görüşdə Nazgül Ospanqaziyevanın “Tarixi fonoloji: türk dillərinin vokalizm və konsonantizm sistemi” mövzusunda məruzəsi dinlənilib.

Tədbir çərçivəsində elmi müəssisə ilə Dilçilik İnstitutu arasında əlaqələrin möhkəmləndirilməsi, dilçiliyin bəzi sahələri - korpus dilçiliyi, fonetika laboratoriyaları, müqayisəli fonoloji araşdırmalar ətrafında müzakirələr aparılıb.

İnstitutun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli dilçilik elminin inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. O, Azərbaycan-Qazaxıstan elmi əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra qazax alimlər Türk dilləri şöbəsinin elmi-tədqiqat işləri ilə tanış olublar.

 

Избранный
10
1
azertag.az

2Источники