Moskvanın mərkəzində, Kremlin yaxınlığında yerləşən "Wildberries" şirkətinin baş ofisində silahlı atışma ilə bağlı 28 nəfər saxlanılıb...
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
Şirkətin yerləşdiyi Romanov Dvor biznes mərkəzinə giriş bağlanıb, həmin küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
"Wildberries"dəki mənbə şirkətin Romanov Dvor biznes mərkəzindəki ofisinin təhlükəsizlik xidmətinin əməkdaşının ofisi ələ keçirmək cəhdi zamanı öldürüldüyünü açıqlayıb.
Qeyd edək ki, bu gün "Wildberries"in baş ofisində silahlı insident baş verib. İnsidentin şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən baş verdiyi bildirilib.
Nəticədə bir polis əməkdaşı yaralanıb, iki nəfər isə həyatını itirib.
Şirkətdən o da bildirilib ki, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı Wildberries ofisinə qanunsuz daxil olmağa cəhd edib.
Xatırladaq ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.
***
Moskvanın mərkəzində, Kremlin yaxınlığında yerləşən "Wildberries" şirkətinin baş ofisində silahlı atışma baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, silahlı insident şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən baş verib.
Nəticədə biri polis əməkdaşı olmaqla üç nəfərin güllə yarası aldığı deyilib.
Şirkətdən bildirilib ki, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı "Wildberries" ofisinə qanunsuz daxil olmağa cəhd edib.
Qeyd edək ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.
Poliqon.info