RU

Rusiyaya qarşı YENİ QADAĞA

Tallin və Helsinki Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələrinin Finlandiya körfəzində hərəkətini tamamilə qadağan etmək üçün birgə plan hazırlamaq niyyətindədirlər.Bolgə.TV xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin komandanı Andrus Merilo məlumat verib.Onun fikrincə, Şimali Atlantika Alyansına üzv ölkələrin Finlandiya körfəzinin böyük hissəsinə nəzarət etməsi Moskva üçün problem olacaq və təhlükə yarandıqda körfəz bağlanacaq.Xatırladaq ki, bir gün əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Hekker Şimali Atlantika Alyansının Arktikada birgə hava əməliyyatlarına nəzarət mərkəzinin yaradılması ideyasını öyrəndiyini söyləmişdi. Onun sözlərinə görə, ABŞ ordusu situasiya ilə bağlı məlumatlılığı artırmaq üçün artıq Şimal Qütb Dairəsində eksperimental pilotsuz uçuşlar həyata keçirir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
3
bolgexeber.az

4Источники