Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə PVC yükü aparan nəqliyyat vasitəsinə daxil olmuş əməliyyat məlumatı əsasında gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a bildirilib ki, baxış zamanı nəqliyyat vasitəsinin müxtəlif gizli saxlanc yerlərindən təsiredici maddəsinin miqdarı 6436,125 qram olan 28605 həbdən ibarət “Tramadol hidroxlorid” tərkibli dərman preparatları aşkar edilib.
Qeyd edək ki, “Tramadol” “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.