RU

Tramp tərəfdarlarına burger və piyvə aldı

ABŞ-da prezidentliyə namizəd Donald Tramp tərəfdarları üçün burger və piyvə alıb. Bu barədə New York Post qəzeti yazıb. 

"Mən indicə Bitcoin ilə ilk əməliyyatımı etdim", - namizəd bildirib. 
 
Tramp prosesi Nyu-Yorkda kriptovalyutanı qəbul edən PubKey barında icra edib. 

Trampın "bir əməliyyatı tamamlamaq üçün Bitcoin-dən istifadə edən ilk ABŞ prezidenti” olduğu vurğulanır.

Tramp kriptovalyutadan PubKey müştəriləri üçün aldığı burger və pivənin pulunu ödəmək üçün istifadə edib.

PubKey Nyu-Yorkda ödəniş üçün bitkoinləri qəbul etməklə tanınan bir bardır.

İyulda Tramp ölkəni "bitcoin super gücünə” çevirəcəyini vəd etmişdi və qeyd etmişdi ki, yenidən seçilərsə, sənayeyə qarşı təzyiqləri dayandıracaq.
 
Noyabrın 5-də Amerikada prezident seçkiləri keçiriləcək. Respublikaçılar Partiyasından prezidentliyə Donald Tramp öz namizədliyi irəli sürüb. Onun rəqibi isə Hamala Harrisdir. 
 
Gülnar 

www.anews.az
Избранный
11
anews.az

1Источники