RU

Uçuşa 2 saat qalmış reysi ləğv etdilər - "AJet" Hava Yollarındən şikayət

Uçuşa 2 saat qalmış reysi ləğv etdilər - "AJet" Hava Yollarındən şikayət

“Aylardır, Türkiyənin AJet (Anadolu Jet) Hava Yolları tərəfindən aldadılırıq”.Bu şikayətlə “Qafqazinfo”ya “Pegas Tur” şirkətinin rəhbəri İntiqam İsabalayev müraciət edib.Şikayətçi qeyd edib ki, 3 aya yaxındır, AJet Hava Yolları ödəməli olduğu rüsumu verməkdən boyun qaçırır: “İyunun 6-da Türkiyə AJet Hava Yollarının Bakı-Antalya-Bakı reysi olmalı idi. Bakıdan Antalyaya uçuş saatı 05:40-da idi. 4 müştərimizin həmin saata uçuşu olacaqdı. Lakin AJet uçuşa 2 saat qalmış reysi ləğv etdi. Artıq onların bildiriş göndərdiyi vaxtda isə turistlərimiz çoxdan hava limanında gözləyirdi. Mən müştərilərimin səyahətini nəzərə alıb öz büdcəmlə alternativ hava yolları ilə başqa uçuş saatlarında onların gedişlərini və transferlərini təşkil etdim. Bunu bir şərtlə etdim ki, AJet-in Bakıdakı nümayəndəliyi biletlərin rüsumunun 33 iş günü ərzində geri qaytarılacağını bildirdi”.İ.İsabalayevin sözlərinə görə, iyunda ona 3030 manat ziyan dəyib: “33 iş günü bitdikdən sonra şirkətlə yenidən əlaqə saxladım və bildirildi ki, geri dönüş forumu yaratmalıyam. Deyiləni tətbiq etdim, lakin hər dəfə bir bəhanə gətirərək rüsumu geri ödəmədilər.Onu da qeyd edim ki, eyni hadisə A Jet tərəfindən mənim başıma avqust ayında da gətirildi. Bildiyiniz kimi, Antalyaya erkən rezervasiyalar mümkündür deyə, biletlər aylar öncədən alınır. Biz iyun və avqust üçün turistlərin biletlərini aylar əvvəldən almışdıq. Avqustun 22-də A Jet yenə heç bir səbəb göstərmədən reysi ləğv etdi və proses eynilə təkrarlandı. Bu dəfə isə biletlərə görə mənə dəyən zərər daha çox - 9 613 AZN oldu. Şirkət istər iyun, istərsə də avqustda ödəniləcək rüsumu hələ də geri qaytarmır”.Məsələ ilə bağlı AJet Hava Yollarının Bakı nümayəndəliyi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, müraciətlərimizə cavab ala bilmədik.

Избранный
19
2
afn.az

3Источники