ABŞ-dəki erməni diasporunun rəhbərlərinin fikrincə, noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Tramp Vaşinqtonun Ermənistana dəstəyini dayandıracaq.AzVision.az xəbər verir ki, Anna Ohanyan və Nerses Kopalyan ın “The National Interest” jurnalında dərc edilən “Ermənistan və ABŞ-da seçkilər. Ermənistan Rusiyanın arxa həyətində ABŞ üçün paltsdarm ola bilər” adlı məqalədə məhz bundan danışılır.Erməni əsilli amerikalı alimlər hazırda dünyanın diqqətinin ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinin Qəzza və Ukraynadakı vəziyyətə necə təsir edəcəyinə yönəldiyini yazırlar. Lakin qeyri-sabit Cənubi Qafqaz bölgəsi də Rusiya prezidenti Vladimir Putinə çox sərfəli olan tranzaksiyanın (yəni Trampizmin – red.) qayıtmasından eyni dərəcədə zərər çəkə bilər.Müəlliflər Cənubi Qafqazda son illərdə baş verən geosiyasi dəyişikliklərə, Ermənistanın Qərbə meyllənməsi ilə yanaşı, Rusiyaya diqqət ayırmaqdan boyun qaçırmağa çalışdığına diqqət yetirirlər.ABŞ-dəki erməni diasporunun nümayəndələri hesab edirlər ki, Donald Tramp seçkidə qalib gəlsə, Vaşinqtonun Ermənistana hazırkı dəstəyi dayanacaq. Əgər demokratların namizədi Kamala Harris qalib gəlsə, onda ABŞ Azərbaycanla münasibətləri saxlasa da, indiki kursa sadiq qalaraq Ermənistanla əməkdaşlığı dərinləşdirə bilər.“Ermənistanın təhlükəsizlik sistemi Rusiyadan ayrılaraq ABŞ-a meyl edir. Bu dəyişiklik ABŞ-nin bu il iyunun 11-də Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsində ən dəqiq şəkildə öz əksini tapıb. Bu addım iqtisadi artım və enerjidən tutmuş hərbi təhlükəsizlik və hüquq-mühafizə islahatları kimi sahələrdə Ermənistanın dayanıqlığını artırmağa yönəlib”, - məqalədə vurğulanır.Müəlliflər ABŞ-la yanaşı Avropa İttifaqının (Aİ) da Ermənistana dəstəyi artırdığını və İrəvanın Rusiyadan əsrlər boyu asılılığından qurtulmağa çalışdığını qeyd edirlər. Amma hazırda vəziyyət elədir ki, İrəvan Moskva ilə əlaqələri tamamilə pozmur, öz xarici siyasətini balanslaşdırmağa çalışır, çünki Ermənistan iqtisadi və enerji baxımından Rusiyadan hələ də çox asılıdır.Onların fikrincə, İrəvanın Moskvadan strateji baxımdan uzaqda yerləşməsi bir sıra risklər yaratdığına görə, Qərb Ermənistana hərbi və təhlükəsizlik sahələrində dəstəyini artırır. Bundan əlavə, ABŞ-dən İrəvana birbaşa hərbi yardım göstərildiyi, eləcə də Pentaqonun nümayəndəsinin Ermənistan ordusunun modernləşdirilməsi proqramını əlaqələndirdiyi vurğulanır.Məqalədə bildirilir ki, Vaşinqton Ermənistanın ayrı-ayrı NATO üzvləri, ilk növbədə Fransa, həmçinin Yunanıstan, İtaliya, Çexiya, Bolqarıstan və Almaniya ilə ikitərəfli hərbi-texniki əməkdaşlıq qurmasını dəstəkləyir.- Hazırda Hindistan və Fransa Ermənistana ən böyük müdafiə məhsulları tədarükçüləridir. Bu, hərbi satınalmalarda uzun illər Rusiyadan, demək olar ki, tam asılılıqdan sonra baş verən monumental dəyişiklikdir”, - erməni əsilli amerikalı alimlər yazırlar.Beləliklə də, ABŞ-dəki erməni diasporunun tanınmış nümayəndələri Vaşinqtonla Ermənistan arasında münasibətlərin dərinləşməsinin Rusiyanın Cənubi Qafqazda təsirini məhdudlaşdırmaq məqsədi daşıdığını açıq şəkildə etiraf edirlər.Bu baxımdan, son vaxtlara qədər Amerikanın erməni diasporunun demokratların namizədi Kamala Harrisi açıq şəkildə dəstəkləməsə də, respublikaçı Donald Trampın namizədliyini rədd etdiyini açıqlaması heç də təsadüfi deyil. Ümumiyyətlə isə, ABŞ-da demokratlar ənənəvi qaydada ermənipərəst, onların opponentləri olan respublikaçılar isə daha çox İsrail və Türkiyə yönümlü mövqedən çıxış edirlər.Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən ikinci Ümumdünya erməni sammitindəki çıxışında Rusiyanın lideri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaratdığını iddia edib.P.S. Anna Ohanyan ABŞ-nin Massaçusets ştatındakı “Stounhill” kollecinin siyasi elmlər və beynəlxalq əlaqələr üzrə professoru və Cənubi Qafqaz üzrə “Fulbrayt” proqramının ikiqat təqaüdçüsüdür.Nerses Kopalyan Las-Veqasdakı Nevada universitetində siyasi elmlər üzrə dosentdir, beynəlxalq təhlükəsizlik, geosiyasət, siyasi nəzəriyyə və fəlsəfə mövzularında ixtisaslaşıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта