RU

Bakı aeroportunda -“Nağd ödəniş edin ki…..”

Heydər Əliyev Beynəlxalq Aeroportu qeyri-nağd ödənişlərində müştərilərə çətinlik yaşadır.

XALQ.AZ Kommersant.az-a istinadən xəbər verir ki, aerportda parklanmadan istifadə edən sürücülər ödənişi qeyri-nağd şəkildə etdiyi zaman şlaqbaumda gözləməli olur. Sürücü açılmayan şlaqbaum qarşısında bir müddət gözlədikdən sonra avtomobili tərk edərək əməkdaş axtarışına çıxır ki, görsün bu şlaqbaum niyə açılmır.

Uzun axtarışlardan sonra əməkdaş tapan sürücüyə “siz yəqin kartla ödəniş etmisiniz, gözləyin yuxarı xəbər edək” cavabı verilir. Təkrar yaxınlaşan əməkdaş sizin ödəniş etdiyinizə dair bankınızın mobil tətbiqində çekin şəklini çəkib yuxarı dediyi şəxslərə göndərir. Yekunda, əgər yuxarıdan qərar verilsə ki, “sürücünü buraxın” o zaman şlaqbaum açılır və məsələ öz həllini tapır. İş burasıdır ki, əməkdaşa bu məsələni həll edin deyəndə, “Vallah hər gün deyirik düzəltmirlər. Hamı da bundan şikayət edir. Gələn dəfə nağd ödəniş edin. Bu qədər gözləməyin” cavabı alınır.

Qeyd edək ki, Beynəlxalq Aeroportda qeyri-nağd ödənişlər Azərbaycan Beynəlxalq Bankının POS cihazı tərəfindən qəbul edilir.

Избранный
42
3
xalq.az

4Источники