RU

Cənubi Qafqaz uğrunda Rusiya-ABŞ RƏQABƏTİ: “Mübarizə açıq qarşıdurmaya keçir”

“Heç də uzaq olmayan gələcəkdə iki güc arasında mübarizənin Ermənistan vasitəsilə ən gərgin anlarını Cənubi Qafqazda müşahidə edəcəyik”.

Bunu Yenicag.az-a açıqlamasında Cənubi Qafqaz uğrunda Rusiya-ABŞ rəqabətinin yaxın perspektiv üçün regiona vəd etdiyi proseslərdən danışan politoloq Aydın Quliyev deyib.


Onun sözlərinə görə, bu mübarizənin açıq qarşıdurma mərhələsinə keçdiyi şübhəsizdir.
“Ötən hər gün iki güc arasında Cənubi Qafqaz uğrunda mübarizənin daha da gərginləşməsi deməkdir. Son 4 il ərzində ABŞ və Rusiya arasındakı bu rəqabət elə həddə çatıb ki, hətta yaxın perspektivdə ən kəskin ssenarilərin reallaşacağı ilə bağlı proqnozlar vermək mümkündür.

2020-ci ilə qədər Qarabağ məsələsinin həlli üzrə ATƏT-in Minsk qrupunda təmsil olunan ABŞ və Rusiya aralarında nə qədər böyük maraq toqquşması olsa da açıq şəkildə biruzə vermirdilər. Yəni mübarizə gizli gedirdi. Ancaq son iki il ərzində Cənubi Qafqaz uğrunda onların mübarizəsi açıq qarşıdurma xarakteri daşıyır. Tərəflər bir-birini pozuculuq fəaliyyətində ittiham edir, qarşı tərəfi sıxışdırıb çıxarmaq üçün bütün vasitələrə əl atır. Bir sözlə, heç də uzaq olmayan gələcəkdə iki güc arasında mübarizənin Ermənistan vasitəsilə ən gərgin anlarını Cənubi Qafqazda müşahidə edəcəyik”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

Избранный
21
yenicag.az

1Источники