RU

Payız-qış mövsümü ilə bağlı vurulan vaksinlərin əks göstərişləri varmı? 

  Payız-qış mövsümü ilə bağlı Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılıb.

Referans.az Xəzər TV-yə istinadən bildirir ki, hər il bu aylarda qripin yayılmasının qarşısını almaq üçün müəyyən vaksinasiyalar həyata keçirilir. Bu il də vətəndaşlar virusdan qorunmaq üçün vaksin ölkəyə gətirilən kimi poliklinikalara üz tutublar.

Sentyabrın 10-dan etibarən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və "soyuq zəncir" sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklər və altı aydan yuxarı olan uşaqlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.

Ətraflı süjetdə:  

Избранный
218
15
referans.az

10Источники