RU

Zaxarova rəsmi İrəvanın ölkədə hakimiyyət çevrilişi ilə bağlı məlumatını istehza ilə şərh edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi İrəvanın Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə bağlı məlumatına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova Ermənistan hakimiyyətinin Rusiyada respublikada hakimiyyəti silahlı ələ keçirməyə qrup hazırlanması ilə bağlı bəyanatlarını istehza ilə şərh edib.

"Ümid edirəm ki, "Comedy Club"ın, (Erməni diasporunun TNT kanalında yayımladığı yumoristik şou proqram-red) bağlanmasının səbəbi bu deyil?" – deyə o, Peterburqda Avrasiya Qadınlar Forumu çərçivəsində jurnalistin sualını cavablandırıb.

Qeyd edək ki, sentyabrın 18-də Ermənistan İstintaq Komitəsi respublikada hakimiyyəti ələ keçirmək məqsədi ilə iştirakçılar toplayan və onların Rusiyada təlimini təşkil edən qrupun zərərsizləşdirildiyini açıqlayıb.

Избранный
19
2
apa.az

3Источники