RU

Azərbaycan milliləri İtaliya komandaları ilə heç-heçə etdi

style='margin-bottom:10px;'>

Azərbaycan milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci tur görüşlərini keçiriblər.

QOL.az xəbər verir ki, qadın və kişilərdən ibarət komandalarımız İtaliyanın müvafiq milliləri ilə qarşılaşıb. Hər iki millimiz rəqibləri ilə 2:2 hesablı heç-heçə edib.

Kişilərdən ibarət komandamızda Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov və Şəhriyar Məmmədyarov hərəyə 0,5 xal qazanıblar.

Qadınlardan ibarət yığmamızda isə Ülviyyə Fətəliyeva qalib gəlib, Günay Məmmədzadə və Gövhər Beydullayeva heç-heçə edib, Xanım Balacayeva məğlub olub. 

Qeyd edək ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub.

Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
26
teleqraf.com

10Источники