RU

Yazdığı status Maska qarşı çevrildi: araşdırma başladı

Birinci şəxslərin qorunmasına cavabdeh olan ABŞ-ın Məxfi Xidməti iş adamı və X sosial şəbəkənin sahibi İlon Maskın tvitinə görə araşdırmaya başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Mask başqa bir sosial şəbəkə istifadəçisinin “Niyə Donald Trampı öldürmək istəyirlər?” tvitini təkrar yayımlayıb. Sonradan o, paylaşıma: “Və heç kim Bayden/Kamalanı öldürməyə belə cəhd etmir” yazısını əlavə edib. Mask daha sonra tvitini silərək, bunu zarafat adlandırıb. Bununla belə, qeydi Məxfi Xidmət əməkdaşları da daxil olmaqla, on milyonlarla X istifadəçisi görüb. Hazırda sözügedən xidmət postun həmin şəxslərə birbaşa təhlükə yaradıb-yaratmadığını müəyyən etmək üçün araşdırma aparır”, – məlumatda deyilir.

Избранный
84
31
medianews.az

10Источники