RU

GPT-4-ün 100 sözdən ibarət mətni tərtib etməsi üçün 1.5 litr su sərf edilir

     Kaliforniya Universitetinin aparmış olduğu araşdırmaya əsasən generativ süni zəkanın istifadəsi böyük həcmdə resurs sərfiyyatına səbəb olur. Süni zəka hətta sadə mətni tərtib etdikdə belə onun inteqrasiya olunduğu serverlərin soyudulmasına böyük həcmdə su lazım olur. ABŞ-da bu mövzuda sərf edilən suyun həcmi ştatlardan və süni zəkadan istifadə edən istifadəçinin məlumatların emalı mərkəzinə nə dərəcədə yaxın olmasından asılı olaraq dəyişir. Bununla belə su sərfiyyatı nə qədər azdırsa, həmin regionda elektrik enerjisinin qiyməti bir o qədər aşağı, elektrik enerjisindən istifadə həcmi isə böyük olur.     Məsələn Texas ştatında 100 sözdən ibarət elektron məktubun tərtibatı üçün 235 millilitr su lazımdır. Vaşinqton ştatında isə bu göstərici 1408 millilitr təşkil edir. İlk baxışdan bunlar o qədər də böyük göstəricilər deyil. Lakin istifadəçilərin həftə və ya gün ərzində GPT-4-dən bir neçə dəfə istifadə etdikləri halda sərf edilən suyun həcmi yüksək sürətlə artmağa başlayır. Məlumatların emalı mərkəzləri su və elektrik enerjisinin böyük həcmlərdə sərfiyyatına sahib obyektlərdir.     Bu isə o deməkdir ki, bu cür obyektlərin olduqları şəhərlərdə suyun və elektrik enerjisinin qiyməti daimi olaraq yüksəlir. Məsələn Meta şirkətinin Llama-3 adlı süni zəka modelinin təlimatlandırılması prosesinə 22 milyon litr su sərf edilib. 2014 kq düyünün becərilməsi üçün məhz bu qədər suya ehtiyac duyulur. Mütəxəssislərin hesablamalarına əsasən bu su həcmi 164 nəfər amerikalının il ərzində istifadəyə etdiyi su həcmidir. GPT-4-ün elektrik enerjisi sərfiyyatı da ucuz başa gəlmir. Məsələn 10 amerikalıdan 1-i il ərzində həftədə bir dəfə bu süni zəka modelindən istifadə etsə, bu artıq sərf edilmiş 121 517 meqavat-saat həcmdə elektrik enerjisi olacaq.

Избранный
168
14
technote.az

10Источники