RU

"Hermes Finance" səhmlərinin yerləşdirilməsi artıq başa çatıb - BFB

17 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Hermes Finance” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

Qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 20 sentyabr 2024-cü il tarixində yekunlaşıb.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Hermes Finance” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001020523

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı

500 (ədəd)

İlkin ticarət qiyməti

300 manat

Buraxılış həcmi

150,000 manat

Hərrac qiyməti

300 manat

Reallaşdırılmış həcm

150,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

150,000 manat

İnvestor sayı

2

Sifariş sayı

2

Anderrayter

“Assist Finance İ.Ş” ASC

Zemfira Ms
Fins.az 

Избранный
129
7
fins.az

10Источники