RU

Yay payızın qədəminə su səpir

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir. Bu barədə mətbuata Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçə­cəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təz­yiqi 762 m civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlər­də arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarak­terli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Ax­şam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Müla­yim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Q.QASIMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
2
xalqqazeti.az

10Источники