RU

Lapşin Ermənistana buraxılmadı

İsrailli bloger Aleksandr Lapşin Ermənistana buraxılmayıb.
"Ölkə.az" APA-ya istinadən xəbər verir ki, Lapşin və həyat yoldaşı İrəvanın "Zvartnots" Aeroportunda sərhədçilər tərəfindən saxlanılıblar. Ona Ermənistana girişin qadağan olduğu bildirilib.

Lapşin sosial mediada açıqlamasında bildirib ki, sərhədçilər onun pasportunu alıblar və Aeroportdakı polis bölməsinə getməsini deyiblər. Lakin o, polis bölməsinə getməkdən imtina edib. Pasportunu isə hələlik qaytarmayıblar.
Saxlanma səbəbi barədə hələlik rəsmi açıqlama yoxdur.

Избранный
122
17
baki.media

10Источники