RU

Boksçularımız Belarusda beynəlxalq turnirdə 7 medal qazanıb

Belarusun Jabinka şəhərində keçirilən yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışı 7 medalla başa vurub.

Bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nihat Qasımovla (50 kq) Haqverdi Həsənov (63 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc medal qazanıblar.

Azərbaycan boksçuları beynəlxalq turnirdə 2 medal qazanıblar

AMADA qadın boksçular üçün seminar təşkil edib

Fərid Əlibabazadə Qazaxıstanda birinci oldu

“Abşeron” boks klubunun yeni zalının açılışı olub

Boksçularımız beynəlxalq turnirdə iştirak edəcək

Избранный
22
2
apasport.az

10Источники