RU

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

     ChromaLock, layihəyə hesablama maşınlarının tədris proqramlarını ötürməsi üçün istifadə olunan bağlantı portunu araşdırmaqla başlayıb. Daha sonra isə o, "TI-32" adlandırdığı xüsusi bir dövrə kartı hazırlayıb. Bu dövrə kartı, təxminən 5 dollara əldə edilə bilən Wi-Fi funksiyalı mikroidarəedici Seed Studio ESP32-C3 və digər elektron komponentləri ehtiva edir. Məşhur YouTuber-in "Ən Yaxşı Köçürmə Cihazını Hazırladım!" başlıqlı videosunda tələbələrin bu modifikasiyanı imtahanlarda köçürmə üçün istifadə etmə ehtimalından da bəhs olunur.     ChromaLock-un hazırladığı TI-32 adlı bu cihaz, ticarət layihəsi olmasa da, onun dizaynını və cihaz üçün istifadə olunan detallarını internetdə paylaşıb. Bu səbəbdən maraqlananlar lazımi hissələri alaraq və xüsusi dövrə kartını istehsal edərək modifikasiyanı öz hesablama maşınlarına tətbiq edə bilərlər. Lakin bunun üçün ciddi elektronika bilikləri və təcrübəsi tələb olunur. Layihədə bəzi texniki çətinliklərlə üzləşdiyini bildirən ChromaLock, gərginlik uyğunsuzluğu və siqnal bütövlüyü kimi mühəndislik problemlərini aradan qaldırmaq üçün bir neçə fərqli versiya hazırladığını söyləyib. Nəticədə, hesablama maşını, xaricdən baxıldıqda hər hansı bir dəyişiklik edilmiş kimi görünmür.     Modifikasiyanın təklif etdiyi alətlərdən biri, ChatGPT ilə qarşılıqlı əlaqə qurmağa imkan verir. Ancaq uzun sualları hesablama maşınının düymələri ilə yazmaq çətin və vaxt aparıcı ola bilər. Bundan başqa, vizual materiallara çıxış təmin edən şəkil skaneri və imtahandan sonra oyun oynamaq imkanı verən tətbiq skaneri kimi digər funksiyalar da mövcuddur. Bu xüsusiyyətlərə əlavə olaraq, ChromaLock-un gələcəkdə kamera inteqrasiyası üçün planlarının olduğunu da bildirməsi diqqətəlayiqdir.

Избранный
145
26
technote.az

10Источники