Quba. Trend:
Bu gün yarışda gərgin mübarizə apardım və qələbə qazandım.
Trendxəbər verir ki, bunu Quba şəhərində keçirilən bədii gimnastika üzrə"Grace of Nature" yarışında birinci olan "Ocaq Sport" klubunun üzvüZeynəb İsmayılova deyib.
O qeyd edib ki, bu cür yarışda iştirak etmək çox maraqlıdır.
“Qələbə qazandığıma görə çox sevinirəm. Hər kəs birinciolacağıma inanırdı. Bu gün əla mübarizə apardım", - deyə o əlavəedib.
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində bədii gimnastikaüzrə "Grace of Nature" turniri başlayıb. 3 gün davam edəcəkyarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblərmüəyyən olunacaq.
Yarışda 26 klubdan 255 idmançı iştirak edir. Gimnastlar kiçiklər(2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı iltəvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər(2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər.Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isəiştirakçılar yalnız fərdi alətlər üzrə proqramla çıxışedəcəklər.
Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirakedəcəklər. Bu isə yarışlara xüsusi maraq qatacaq. "Grace of Nature"turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək vətəcrübə qazanmaq üçün əla fürsət yaradır!