RU

Kremlin baş təbliğatçısı Putini istefaya göndəməyə çağırış etdi

 
"Böyük epoxaların təcrübəsindən yararlanmaq, məsələləri indi və burada zəruri olan metodlarla həll etmək lazımdır..."
 
Rusiyanın tanınmış təbliğatçısl, teleaparıcı Vladimir Solovyov Ukrayna cəbhəsində problemlərdən danışarkən, gözlənilməz bəyanatla çıxış edərək Rusiyanın Ali Baş Komandanı vəzifəsində olan Vladimir Putini istefaya göndərməyi təklif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Rusiya-1" telekanalının efirində bəyan edib. Məlumatı "charter97.org" nəşri yayıb.
 
"Günahı olanları həbs etmək azdır. Həm də hər şeyi effektiv, tez bir zamanda və dəqiq etməyi anlayan adamları təyin etmək lazımdır. Onların hansı nazirlikdə olması və necə adlandırılacağı vacib deyil. Pişiyin hansı rəngdə olması qətiyyən vacib deyil, əsas odur ki, siçanları tuta bilsin. Gəlin, konkret qərarlara keçək. Əgər bunun üçün Ali Baş Komandanın istefası zəruridirsə, nə deyim...", - Solovyov deyib.
 
Təbliğatçı əlavə edib ki, onun əmək haqqı ilə "belə qərarlar verilmir", amma "böyük epoxaların" təcrübəsindən yararlanmaq və məsələləri "indi və burada zəruri olan metodlarla həll etmək" lazımdır.
 
Xatırladaq ki, təbliğatçı "Vladimir Solovyov axşamları" və "Moskva. Kreml. Putin" proqramlarının aparıcısıdır. O, Rusiyanın hərbi hərəkətlərinin "quzğunu" hesab edilir.
 
Hələ 2022-ci ildə o, bəyan edib ki, Ukrayna Rusiyanın təhlükəsizliyinin təmin edilməsində yalnlız aralıq mərhələsidir və Berlin, Paris, London və Brüsselə raket zərbələri endirməyi, Norveçə hücum etməyi, Ukrayna müharibəsində nüvə silahını tətbiq etməyi təklif edib.
 
2023-cü ildə təbliğatçı İsrailin Qəzza bölgəsində hərəkətlərini tənqid edib və gələcəkdə Qərbə qarşı "qlobal Cihad" olacağı ilə bağlı xəbərdarlıq edib və Rusiyanı müsəlman dünyası ilə ittifaqa çağırıb.
 
Solovyov dəfələrlə müxtəlif məsələlər üzrə öz mövqeyini dəyişib. O cümlədən 2008-ci ildə o, deyib ki, Rusiya ilə Ukrayna arasında müharibə törətmək istəyənlər cinayətkardır. 
 
Lakin 2014-cü ildə Rusiya-Ukrayna müharibəsi başlanandan Solovyovun mövqeyi istisnasız olaraq Putinin və Rusiya hökumətinin mövqeyini əks etdirir.
Избранный
17
50
moderator.az

10Источники