RU

"Hizbullah"a qarşı əməliyyatların davamlı olacağı təqdirdə dövriyyəyə Rusiya girəcək" - ŞƏRH

Yaxın Şərq regionundakı budəfəki qarışıqlıq ABŞ-yə Çinə qarşı strateji əməliyyat aparmaq imkanı yaradır.Vaşinqton ikinci tərəfdən İran-İsrail münaqişəsini öz maraqlarını genişlətmək üçün idarə etməkdə maraqlıdır.GUNDEMXEBER.AZ xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib.O deyib ki, indiki məqamda ABŞ İsrail üçün Vaşinqtonun çərçivələrindən kənara çıxmayacaq səviyyəni formalaşdırmağa çalışır və bunun üçün İranın həmlələrindən istifadə etməyə səy göstərir:"İsrailin "Hizbullah"a qarşı əməliyyatlarının davamlı olacağı təqdirdə isə dövriyyəyə Rusiya girəcək, bunun da səbəbləri var. Bundan sonra Rusiya-İsrail əlaqələrindəki dinamikanı izləmək lazımdır".GUNDEMXEBER.AZ

Избранный
6
1
gundemxeber.az

2Источники