Hindistan şahmatçısı Vidit Santoş Qucrati Şuşada keçiriləcək Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Onu həmyerlisi Aravind Çitambaram əvəzləyəcək.
Qeyd edək ki, sentyabrın 26-da açılış mərasimi keçiriləcək yarış sentyabrın 30-da yekunlaşacaq.