RU

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi suveren ərazilərini əhatə edən ilk parlamentdir ŞƏRH

Cari ilin 23 sentyabr tarixində VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı yalnız Azərbaycanın yox, bütövlükdə regionun inkişafının konseptual əsaslarını müəyyən edən, eləcə də bölgədə sülh və sabitliyin əsaslanacağı konfiqurasiyanın sərhədlərini dəqiqləşdirən tarixi yol xəritəsi hesab olunmalıdır. Ələxsus da İkinci Qarabağ müharibəsində və antiterror tədbirlərində qələbəsindən sonra yaranmış yeni reallıqda beynəlxalq hüququn aliliyini təmin etməklə regionda yeni tarixi inkişaf mərhələsi başladan Azərbaycanın diktə edən hərbi-siyasi güc kimi rolu möhtərəm Preziden İlham Əliyevin qeyd olunan çıxışında konseptual şəkildə inikas edildiyi üçün bu nitq geosiyasi əhəmiyyətə malikdir.

Qeyd edilib ki, VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Qeyd edilən vəziyyətdə formalaşmış qanunverici orqanın iclasında Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi bəyanatlar o cümlədən suverenliyə gedən yolda ölkənin hədəfə çatmasını göstərən tarixi yekun və milli dövlətçiliyimizdə yeni mərhələnin başlanmasını göstərən tarixi keçid hesab edilə bilər. Sözsüz ki, bunlar tarixi proseslərin təbii axarında baş verməyib və gərgin əmək qətiyyətli siyasi iradənin nəticəsidir.

44 günlük Vətən müharibəsi və antiterror tədbirlərinin ardınca suverenliyimizin tam bərpa edilməsi bütövlükdə regionda yeni geosiyasi konfiqurasiyaya gətirib çıxardı və separatizmə son qoymaqla ölkəmiz dünya miqyasında tarixi presedent formalaşdırmış oldu. Bütün bu hadisələrin təməlində, heç şübhəsiz ki, dövlət başçısının parlamentin tribunasından da ifadə etdiyi kimi, Azərbaycan xalqının birliyi, siyasi iradə, dövlətin gücü həlledici amillər kimi çıxış edib. Xatırladaq ki, müstəqilliyimizi əldə etdiyimiz ilk dövrlərdə parçalanmış, siyasi antoqonizmin hökm sürdüyü bir ölkədə birliyə nail olmaq köklü konseptual yanaşma tələb edir və Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq konsepsiyası bu formata nail olunması üçün bazisə çevrilə bildi. Azərbaycanda donrakı dövrlərdə ideoloji işin düzgün istiqamətdə qurulması, əsasən də gənc nəslin tərbiyəsi sahəsində dövlət siyasətinin effektiv formada həyata keçirilməsi, o cümlədən tarixi ənənələrə əsaslanaraq ölkədə çoxmillətli və çoxkonfessiyalı mühitin davamlı şəkildə dəstəklənməsi və bu müxtəlifliyə milli sərvət kimi baxılması Prezident İlham Əliyevin də parlamentin tribunasından qürurla ifadə etdiyi milli birliyə gətirib çıxardı. Ölkədə güclü ordu quruculuğu prosesinin təməlində dayanan əsas amillərdən biri də məhz bu birlik və dövlət başçısının insan amilini rəhbər tutan ümumbəşəri niyyətlərə sadiq qalmasıdır. Bu amil sayəsində Azərbaycan 2024-cü ildə prezident və parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsini təmin edə bildi. Bu isə öz növbəsində möhtərəm Prezidentin ifadə etdiyi kimi, Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz ruhunu bütün dünyaya göstərdi. Heç də təsadüfi deyil ki, beynəlxalq hüququn aliliyini heçə sayan qlobal imperializmin Azərbaycana münasibətdə təcavüzkar davranışları, həmçinin regionda sülh və sabitlik qarşısında əngəl kimi çıxış edən gedişlər məhz bu birlik – Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalması hesabına neytrallaşdırılır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Избранный
39
3
sesqazeti.az

4Источники